6 Ekim 2008 Pazartesi

Çox uzaqlarda qalmışam..

Yolların ucundan salam ver mənə,
Demə ki, qəlbimi didib ayrılıq.
Hər sübh açılanda yada sal yenə,
Demə ki, viranə edib ayrılıq!


Yuxuma haramı qatıramsa mən,
Səbəbsiz qaşları çatıramsa mən,
Səhərlər günəşlə yatiramsa mən,
Sanma ki, sonuma yetib ayrılıq!
Ağlama, gözündən yaşlar gəlməsin!
Bu ağır dünyadan daşlar gəlməsin!
Qoy qəlbin dirçəlsin, qəm dirçəlməsin!
Sevincimi qəmə satıb ayrılıq!
Mənim nə yaşım var, ağrayır başım?
Həyata küsmüşəm, bitmir göz yaşım?
Dağları yararaq gəlsə sirdaşım,
O zaman bilərəm, itib ayrılıq!
Bax, axı dediyim möcüzələrdir,
Nağılda Leylinin Qeysi gələrdi!
Həyat üç damla yaş, mey, bir de zərdir!
Mənasın boş görüb- bitib ayrılıq!